Azərbaycanlı modellər arasında dava: "Onu sevgilimlə tutdum" - VİDEO

Azərbaycanlı modellər arasında dava: "Onu sevgilimlə tutdum" - VİDEO
14:12 12 Aprel 2017
243 Maraqlı
Ölkə mətbuatı
A- A+

"Star TV"də yayımlanan "Zuhal Topalla" izdivaç verilişində yer alan azərbaycanlı modellər Əli Əkbərlə Elmir İsmayılov arasında qalmaqal yaşanıb.

Milli.Az axşam.az-a istinadən bildirir ki, dostunun onun keçmiş sevgilisi Naz Milaya namizəd olması Əlini özündən çxıarıb.

Elmir Naz üçün canlı mahnı oxuyub. Nazın "Bu mahnı bizi görüb paxıllıq edənlərə getsin" sözləri studiyadakıları əsəbiləşdirib.

Onlar Nazın Əliyə söz atdığını, süni davrandığını deyib.

E.İsmayılov Əlinin ünvanına ittihamlar səsləndirib. O, Əlinin iki il əvvəl onun sevgilisini əlindən aldığını söyləyib:

"Bir xanımla 2 il əvvəl sevgili idik. Dava etdik, gördüm dayanmadan mübahisəmiz olur, ayrıldıq. Həmin ərəfədə Əli ilə dost idik. Qız məndən ayrıldıqdan sonra sevgilimi Əli ilə gördüm. Mənə qayıtdı ki, "Biz bir-birimizi sevirik, qarışma, öz yoluna get". Mənim dostum necə belə edə bilər? Mənim keçmiş sevgilimlə fotosu da var".
 
Əli Elmirin bu iddialarının əsassız olduğunu deyərək, etirazını bildirib:

"Belə hadisə olmadı. Qızla Elmir dost idi. Elmir qızı sevirdi. Qızın məndən xoşu gəlir, dayanmadan bundan məni soruşurmuş. Qız gəlsin burada gerçəyi danışsın. Mən Elmirin ondan xoşu gəldiyini bilidiyim üçün qızdan qaçırdım. Qızın Elmirdən yox, məndən xoşu gəldiyi üçün məndən nifrət edib. Mənə qardaşım deyərək, içində kin toplayıb. Bura çıxmaq səbəbi də elə budur. Demək ki, Naza namizəd olmasının da səbəbi məndən intiqam almaq istəməsidir. Hətta Elmir həmin qızın ona bağışladığı üzüyü barmağında saxlayırdı".

Naz Elmirin keçmiş sevgilisinin üzüyünü taxması qoşuna gəlməyib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/534406.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR