Azərbaycan belə bombardir görməyib

Azərbaycan belə bombardir görməyib
14:17 12 Aprel 2017
77 İdman
Ölkə mətbuatı
A- A+

Azərbaycan futbolu yeni antirekorda doğru gedir.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, cari mövsüm ölkə çempionatları tarixinə ən az qolla bombardirliyin qazanıldığı yarış kimi düşə bilər.

Belə ki, Premyer Liqanın sonuna 3 tur qalmış bombardirlər yarışında lider olan Filip Ozobiçin hesabında cəmi 11 qol var. "Qəbələ"nin xorvatiyalı legioneri yarımmüdafiəçi olduğundan onu belə məhsuldarlığa görə qınamaq olmaz. Amma hücumçuların 11-dən çox qol vura bilməməyi mütləq antirekorddu.
 
Düzdü, finişə hələ 2 tur qalıb. Bu isə antirekorddan qaçmaq üçün imkanın olması deməkdi. İndiyədək Azərbaycan çempionatının bombardiri olan futbolçuya bunun üçün 13 qol kifayət edib.
 
Bu hadisə 2000/01 mövsümündə yaşanıb. "Dinamo"nun hücumçusu Paşa Əliyev cəmi 13 qolla hamını qabaqlayıb. Cari mövsüm antirekordun yaşanmaması üçün Ozobiç ən azı 3 qol vurmalıdı. Onun 2 qol vurması isə antirekordun təkrarı olacaq.
 
Son 6 turda qol vura bilməyən, ampluası yarımmüdafiəçi olan Filipdən finişdə belə yüksək məhsuldarlıq gözləmək də çətindi. "İnter"lə görüş və "Kəpəz"lə Gəncədəki qarşılaşmada ona heç də asan olmayacaq. Bunları nəzərə alsaq, Ozobiçin antirekordu əngəlləməsi inandırıcı görünmür.
 
Digərlərinə gəlincə isə bombardirlər yarışında 2-ci olan Rauf Əliyev həmsoyadının antirekordundan qaçmaq üçün 5 qol vurmalıdı. Onun 4 qolu Paşaya çatması deməkdi. Hərəyə 7 qol vuran və 3-cü yerə şərik olanlara isə 25 turda bacardıqlarını 3 oyunda təkrarlamaq lazımdı. İndiyədək 7 dəfə fərqlənənlərin bundan sonra eyni qədər qola sevinməsi isə real deyil.
 
Qeyd edək ki, 1992-ci ildən keçirilən çempionatlarda ən az qol vuran Paşa Əliyevdisə, son iki mövsümün qolçuları Nurlan Novruzovla ("Bakı") Dani Kintana ("Qarabağ") ondan cəmi 2 top artıq vurublar.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/534389.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR