"Keyxanım": "...8 dəfə boşanıb, 12 dəfə nişan qaytarmışam" - VİDEO

"Keyxanım": "...8 dəfə boşanıb, 12 dəfə nişan qaytarmışam" - VİDEO
14:24 12 Aprel 2017
187 Digər
Ölkə mətbuatı
A- A+

 

Musiqili Komediya Teatrının tanınmış aktrisası Ülviyyə Əliyeva (“Keyxanım”) şəxsi həyatının mediada müzakirə olunmasından danışıb. Lent.az-ın məlumatına görə, “APA TV”-nin “Show time” verilişində qonaq olan aktrisa bildirib ki, bəzən barəsində əsassız xəbərlər dərc olunur: “Şəxsi həyatımda gizli saxlayacağım heç nə yoxdur. Bəzən jurnalistlər mənə zəng edirlər, şəxsi həyatımdan soruşurlar, mən də deyirəm ki, bu barədə danışmaq istəmirəm. Amma mənlə danışandan sonra özlərindən məqalə yazırlar. Onların hesabı ilə mən 8 dəfə boşanıb, 12 dəfə nişanı qaytarmışam. Şəxsi həyatımdan danışmağı sevmirəm. İstəyərəm ki, ancaq yaradıcılığımdan yazsınlar. Özəl həyat belədir ki, öləndən sonra da yazmaq olar. Bu dəqiqə sənətimin elə bir nöqtəsindəyəm ki, yaradıram. Bu fikirlərim böyük çıxmasın, yəni yaradıcılığımla məşğulam.  Bəzi jurnalistlər mənim şəxsi həyatımdan daha çox yazırlar. Amma aralarında yaxşıları da var. Məsələn, mənlə müsahibəyə gəlmədən öncə sənətim barədə qabaqcadan məlumatlanır, daha sonra sual verir. Mən 1998-ci ildən bəri teatr sahəsində çalışıram. Hətta nə vaxtda sənətə gəldiyimi də qabaqcadan oxuyanları var”.

 

Qeyd edək ki, “Show time” verilişi həftənin 2-ci günləri saat 15:10-da “APA TV”-də Yalçın Uğurun təqdimatında yayımlanır. 

 

 

 

 

 

 

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/271996

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR