70 yaşlı turistin başını kəsən terrorçu öldürüldü - VİDEO

70 yaşlı turistin başını kəsən terrorçu öldürüldü - VİDEO
14:38 12 Aprel 2017
89 Dünya
Ölkə mətbuatı
A- A+

Filippinin təhlükəsizlik qüvvələri iki kanadalı və bir alman turisti edam edən "Əbu Rami" adı ilə tanınan Müəmmər Əskalı ölü ələ keçirilib.

Publika.az xəbər verir ki, terrorçunun cəsədi, digər təşkilat nümayəndələri tərəfindən də müəyyən edilib. Rəsmilər bunun"Əbu Seyyaf" terror qruplaşmasına böyük bir zərbə olduğunu bildirib.

ABŞ-ın Manila səfirliyi vətəndaşlarına səyahət xəbərdarlığı edib. Flipində baş verən hadisələrlə bağlı da ölkənin turizm bölgələrinə səfər etməmələri bildirilib.

Bombalı hücum, adam qaçırma və baş kəsmə kimi terror fəaliyyətinə görə ABŞ və Filippin höküməti Əbu Seyyafı terror siyahısına salmışdı.

Əbu Seyyaf tərəfdarları keçən ilin dekabrında 5 malayziyalı balıqçının sərbəst buraxılması üçün 2 milyon dollar pul istəmişdilər. Təşkilatın əlində mart ayında 32 girov olduğu bildirilmişdi.

Əbu Seyyaf, 70 yaşlı Almaniya vətəndaşı Juergen Gustav Kantnerin həyatına qarşılıq 600 min dollar tələb etdi. Pul ödənilmədiyi üçün 70 yaşlı turistin başını kəsmişdi.

Həmin görüntülər sosial şəbəkələrə yüklənib.

Könül Cəfərli


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/194766.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR