Ronaldu ehtiyatda, Benzema tribunada, Beyl evdə...

Ronaldu ehtiyatda, Benzema tribunada, Beyl evdə...
14:42 12 Aprel 2017
113 İdman
Ölkə mətbuatı
A- A+

"Real"dan qisas almaq fikrim yoxdur. Mən ancaq komandamın qələbə qazanmasını istəyirəm. Florentino Pereslə 1/4 finalın püşkünü müzakirə etməmişəm. Matç günü biz normal qaydada bir-birimizi salamlayacağıq.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu sözləri "Bavariya"nın baş məşqçisi Karlo Ançelotti Çempionlar Liqasının 1/4 finalında "Real"la oyun öncəsi deyib.

O, Madrid klubunun hücum üçlüyünə yaxşı bələd olduğunu bildirib: "Onlarsız "Real" o qədər də təhlükəli olmazdı. Yəqin ki, Zinəddin Zidan da fikrimlə razılaşar. Ronaldunu ehtiyatda, Benzemanı tribunada, Beylin isə evdə olmasını istərdim".

Qeyd edək ki, K.Ançelotti 2013-2015-ci illərdə "Real"ı çalışdırıb. Komandanın uğursuz çıxışına görə klubun prezidenti Florentino Peres Ançelottini istefaya göndərib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/534399.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR