"Neftçi"nin istədiyi təsdiqlədi: "Belə söhbət var"

"Neftçi"nin istədiyi təsdiqlədi:  "Belə söhbət var"
14:47 12 Aprel 2017
102 İdman
Ölkə mətbuatı
A- A+

“Bu komandanın ayaqda qalmasını hamı istəyir. Çünki “İnter” bir yox, bir neçə dəfə komanda ruhunu ortaya qoyub”. Bu sözləri Fanat.Az-a açıqlamasında sabiq “bankirlər”in qapıçısı Səlahət Ağayev deyib.


Əlcək sahibi iddialıların AFFA-nın maliyyəsi hesabına fəaliyyətini sürdürən, maydan sonra nələr yaşayacağı bilinməyən “ağ-göylər”in futbolçularına göz dikməsinə də toxunub: “Vəziyyət sabitləşməsə, büdcə və maaşlar azaldılsa, təbii ki, 7-8 futbolçu gedəcək. Nizami Hacıyev, Rauf Əliyev, elə mən özüm və başqaları... Müasir futbolda normal büdcə də böyük şərtdi. Hər şey qaydasına düşsə, büdcə azaldılmasa, futbolçular niyə getsin ki... Uzun müddətdi bir yerdə oynayırıq. Komandanın özünəməxsus üslubu var. Biz də istəyərik ki, hər şey yaxşı olsun”.


Səlahət “Neftçi”nin onunla maraqlandığını da gizlətməyib: “Düzdü, hələ danışıq və ya razılıq olmayıb. Amma belə söhbət var. İndidən konkret nəsə demək düzgün alınmaz. Zədədən yeni qayıtmışam. Qalan turlarda da “İnter”ə kömək etmək istəyirəm. Gerisini zaman göstərəcək”.


Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-quotneftciquotnin-istdiyi-tsdiqldi-t57535.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR