İnsan dünyasını dəyişdikdə niyə gözünü və çənəsini, əl-ayağını bağlayırlar?

“Müsəlmanın dünyasını dəyişdikdən sonra maksimum dərəcədə ehtiramını saxlamaq və cəsədinə görünüşdə belə hörmətsizlik kimi göstəriləcək nişanələri aradan qaldırmaq lazımdır”.

Bunu Metbuat.az-a açıqlamasında Hacı Fuad Pənahlı deyib: “Bəzi insanlar dünyasını dəyişdikdə, gözləri, ağzı açıq vəziyyətdə qalır, müstəbehdir ki, gözü bağlayasan, əl-ayağı bədənindən kənar şəkildədirsə, əlini, ayağını bədəninə birləşdirəsən. Bütün bunlar müsəlman dininin Allahın dərgahındakı ehtiramını göstərməkdir”.

Prosesin tibbi cəhətlərinə nəzər yetirsək, mütəxəssislər deyir ki, can bədəndən çıxdıqdan sonra adətən bədənin əzələləri keyləşib bərkiyir və ölü hansı vəziyyətdə dünyasını dəyişibsə, bədən üzvləri həmin vəziyyətdə qalır. Əzələlər bərkiyəndən sonra çənəni bağlamaq, əl-ayağı düzəltmək çətin olur. Eləcə də, bəzi ölüm hallarında baş verən daxili qanaxma nəticəsində ölünün ağzından qan və köpük gələ bilər deyə, çənəsini bağlayırlar. Qüsldən sonra da ölünün ağzına, burun, qulaq və bağırsaq dəliklərinə pambıq qoyurlar ki, qanaxma və ifrazat olmasın, kəfən bulaşmasın.

Aysel Yaqubqızı / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR