Putin: "Suriyada döyüşən əcnəbilərin təxminən yarısı MDB ölkələrinin vətəndaşıdır"

Putin: "Suriyada döyüşən əcnəbilərin təxminən yarısı MDB ölkələrinin vətəndaşıdır"
15:05 12 Aprel 2017
80 Dünya
Ölkə mətbuatı
A- A+

Suriyada təxminən 20 minə yaxın əcnəbi döyüşür. Onlardan 9 mini MDB ölkələrinin vətəndaşıdır.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin "Mir" telekanalına müsahibəsində bildirib.
 
"Bu 9 minin təxminən yarıdan azı isə Rusiya vətəndaşıdır. 5 min nəfər isə Mərkəzi Asiya, KTMT-yə üzv ölkələrin payına düşür. Ona görə də təhlükə çox böyük və realdır. Biz bunu bilirik, bu təhlükənin miqyasını anlayırıq. Təhlükəni minimallaşdırmaq üçün hər şey etməliyik. Bunun üstündə işləyirik", - deyə Rusiya lideri vurğulayıb.
 
Putin Suriyadakı Rusiya hərbi kontingentinin əsas vəzifələrindən birinin terrorçu təşkilatların tərkibində döyüşənlərin ölkəyə geri dönüşünün qarşısını almaqdan ibarət olduğunu söyləyib: "Suriyada beynəlxalq terrorçularla döyüşən hərbçilərimiz onların geri dönə bilməmələri üçün ordadırlar. Onların əsas məqsədi məhz budur".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/534412.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR