Rusiyanın məşhur mediaholdinqi satışa çıxarıldı

Rusiyanın məşhur mediaholdinqi satışa çıxarıldı
15:37 12 Aprel 2017
60 Dünya
Ölkə mətbuatı
A- A+

"RBK" Media Holdinqi xüsusi mülkiyyətdir. Hesab edirik ki, onun taleyinə qarışmaq haqqımız yoxdur".

Milli.Az report-a istinadən xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov məşhur "RBK" televiziyasının, xəbər saytının və eyniadlı nəşrin satılmasına münasibət bildirərkən deyib.

"Xüsusi mülkiyyətlə bağlı istənilən danışıqları şəxsi iş sayırıq. Ona görə də biz belə şəxsi işlərə qarışmırıq", - deyə D.Peskov vurğulayıb.

İnformasiyaya əsasən, 2008-ci ildəki iqtisadi böhrandan sonra mediaholdinqə ciddi ziyan dəyib. 2010-cu ildə onu "Oneksim" qrupunun sahibi Mixail Proxorov alıb. "RBK"nın potensial alıcısı "Metro" qəzetinin sahibi Qriqori Berezkin sayılır. Məsələ ilə bağlı yekun qərar mayın 1-də qəbul ediləcək.
Qeyd edək ki, Qriqori Beryozkin qrupunun iki neft emalı zavodu var. O, "Rusenerqosbıt" energetika şirkətinin 50,5 faizinin sahibidir. 2007-ci ildə qrup "Komsomolskaya pravda" nəşriyyat evinin nəzarət zərfini alıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/534430.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR