Həkimin bir sualı 140 kq-lıq qadını tanımaz hala saldı - FOTOLAR

Həkimin bir sualı 140 kq-lıq qadını tanımaz hala saldı - FOTOLAR
15:48 12 Aprel 2017
166 Digər
Ölkə mətbuatı
A- A+

Həkimin bir sualı Marina Dessimulini tanınmaz hala salıb.

Publika.az Parisdə yaşayan 29 yaşlı Marina Dessimulinin çəkisi qeyri-sağlam qidalanma nəticəsində 140 kq-a qədər artıb. Köklükdən əziyyət çəkən qadın 2015-ci ildə müalicə üçün xəstəxanaya gedib. Getdiyi həkim ona "Nişanlın səni bu halda sevirmi" sualını verib. Bu sualdan təsirlənən Marina həyatını tamamilə dəyişdirmək qərarına gəlib. O, pis qidalanma vərdişindən imtina edərək ağır pəhrizə başlayıb. Bir müddət sonra o, 140 kq-dan 76 kq-a qədər arıqlamağa nail olub.

2018-ci ildə ailə qurmağa hazırlaşan Marina 69 kq-a qədər arıqlamaq niyyətindədir. O, veridyi açıqlamada kök olduğu üçün gəzəndə belə çətinlik çəkdiyini söyləyib:

“Heç nə edə bilmirdim, yerimək belə əziyyət olmuşdu. Normal paltarlar geyinə bilmirdim. Metroda oturmağa, ya da dostlarımla əylənməyə qorxurdum. İndi sadəcə yaşamaq və qadın olmaq istəyirəm. Özümü azad hiss edirəm. İstədiyim şeyləri geyinə, qoça və tullana və dostlarımla rəqs edə bilirəm. Ən əsası isə daha bədənimdən utanmıram".

Aytən


Xəbərin orijinal ünvanı: http://publika.az/news/maraqlidunyasi/194773.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR