Putin: “Əsəd kimyəvi silahdan istifadə etsəydi, bunun izi olardı”

Putin: “Əsəd kimyəvi silahdan istifadə etsəydi, bunun izi olardı”
16:03 12 Aprel 2017
123 Dünya
Ölkə mətbuatı
A- A+

“Suriyada Bəşər Əsəd hökumətinin əlində mövcud olan bütün kimyəvi silahlar 2013-cü ildə məhv edilib”.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin Qərbin Bəşər Əsədə qarşı ittihamlarına cavabında bildirib.

V.Putin deyib ki, Bəşər Əsəd hökuməti heç bir kimyəvi silaha malik deyil:

“Əsədə qarşı bu cür ittihamlar tamamilə yalandır. Vaxtilə də kimyəvi silahlarla bağlı BMT nümayəndələri Suriyada araşdırmalar aparmışdı və heç bir dəlil tapa bilməmişdi. Bu gün də gəlib Suriyada istənilən araşdırma aparmaq olar. Əgər Bəşər Əsəd hökuməti kimyəvi silahdan istifadə etsəydi, bunun mütləq bir izi olardı. ABŞ kimyəvi silahın olması adı ilə Suriyada hərbi hava bazasını bombaladı. Gəlib həmin bazanı yoxlasınlar, görsünlər orada kimyəvi silah qalığı varmı? Tapa bilməzlər. Çünki Əsəd hökuməti kimyəvi silaha malik deyil. Ancaq terrorçuların kimyəvi silaha malik olması mümkündür. Ola bilsin ki, həmin silahdan da dinc insanlara qarşı terrorçular istifadə edib”.

Vasif Həsənli


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/194776.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR