“Peyğəmbərimiz şəxsən özü məscid söküb"

Bu gün Bakının "Sovetski" ərazisində yerləşən “Hacı Cavad” məscidinin sökülməsi məsələsinə ilahiyyatçı Elşad Miri münasibət bildirib.

O, məsələ ilə bağlı Metbuat.az-a açıqlamasında bildirib ki, bu, böyüdüləcək bir məsələ deyil:

“Peyğəmbərimiz şəxsən özü məscid söküb. Bunun adı bu gün zərərli məscid deyə bilinir. Amma buradakı məsələ fəqlidir. Faktiki olaraq məscid sökülür, amma dini komitənin sədri qeyd etdi ki, sökülən məscidin yerinə yeniləri tikiləcək. Bu səbəblə, məsələni qabartmaq o qədər də doğru olmazdı”.

Xəyalə Məmmədova / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR