Yaponiya qırıcıları havaya qaldırıldı - Səbəb Rusiya

Yaponiya qırıcıları havaya qaldırıldı - Səbəb Rusiya
16:32 12 Aprel 2017
130 Dünya
Ölkə mətbuatı
A- A+

Yaponiya Hərbi Hava Qüvvələrinin qırıcıları Rusiyanın altı təyyarəsinin ölkənin hava sahəsinə yaxınlaşması səbəbi ilə havaya qaldırılıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, Rusiyanın bombardmançı-raketdaşıyıcı TU-95 və sualtı qayıq əleyhinə İL-38 təyyarələri Yaponiya sahilləri yaxınlığında uçuşlar həyata keçirib.

Yaponiyanın Müdafiə Nazirliyi bu təyyarələrin Yaponiya ərazisinə daxil olmadığını bildirib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/534457.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR