Bakıda bina uçdu: Ölən və yaralılar var

Bakıda bina uçdu: Ölən və yaralılar var
16:37 12 Aprel 2017
131 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı şəhərində bina uçub.

Milli.Az xəbər verir ki, paytaxtın Səbail rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Şıx qəsəbəsində, "Green City" istirahət mərkəzində baş verib.
 
Tikilməkdə olan binada baş verən uçqun nəticəsində ölən və xəsarət alanların olduğu bildirilir.
 
Fövqəladə Hallar Nazirliyindən sayta faktı təsdiqləyiblər. Bildirilib ki, hadisə yerinə cəlb edilən xilasedicilər dağıntılar altından 1 nəfərin meyitini çıxarıblar. Hazırda xilasetmə işləri davam etdirilir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/534465.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR