Lavrov amerikalı jurnalisti danladı: "Səni kim yetişdirib?"

Lavrov amerikalı jurnalisti danladı: "Səni kim yetişdirib?"
16:39 12 Aprel 2017
82 Digər
Ölkə mətbuatı
A- A+

 

Moskvada amerikalı həmkarı Reks Tillersonu qəbul edən Rusiya xarici işlər naziri Sergey Lavrov amerikalı jurnalistə sərt reaksiya verib. .

 

Lent.az-ın xarici KİV-ə istinadən məlumatına görə, Lavrov amerikalı müxbirlərdən birinin yüksək səslə “Doğrudanmı Suriya hökumətini dəstəkləyirsiniz? Ağ Evin dünən verdiyi açıqlamaya münasibətiniz necədir?” suallarına əsəbiləşərək “Sizi kim yetişdirib? Sizə bu tərzi kim öyrədib?” deyə cavab verib.  

 

Daha sonra çıxış edən rusiyalı nazir sözü amerikalı həmkarına verib və həmin müxbirə üz tutaraq, “hə, indi qışqıra bilərsiniz” deyib.

 

Qeyd edək ki, R. Tillersonun Moskva səfəri bu gün başlayıb və bu səfər hər iki ölkə üçün də mühüm əhəmiyyət daşıyır. 

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/272008

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR