Belarus Azərbaycan təcrübəsini öyrənir - Avropa oyunlarında təhlükəsizliklə bağlı - FOTOLAR

Belarus Azərbaycan təcrübəsini öyrənir - Avropa oyunlarında təhlükəsizliklə bağlı - FOTOLAR
16:43 12 Aprel 2017
79 Ölkə
Ölkə mətbuatı
A- A+

2019-cu ildə Minskdə təşkil olunacaq II Avropa oyunları ilə əlaqədar Azərbaycana səfərə gəlmiş Belarusun müvafiq qurumlarının vəzifəli şəxslərindən ibarət geniş tərkibdə nümayəndə heyətində təmsil olunmuş Belarus Fövqəladə Hallar Nazirliyinin əməkdaşları Azərbaycan fövqəladə hallar nazirinin müavini, general-leytenant Etibar Mirzəyevlə görüşüblər.

FHN-in mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, nazir müavini Nazirliyin fəaliyyəti barədə ətraflı məlumat verib.

2019-cu ildə Minsk şəhərində II Avropa oyunlarının keçiriləcəyini xatırladan nümayəndə heyətinin üzvləri bildiriblər ki, səfərlərinin məqsədi Bakıda keçirilmiş I Avropa oyunlarının təşkili ilə bağlı təhlükəsizlik məsələlərində Azərbaycanın təcrübəsinin öyrənilməsidir.

Etibar Mirzəyev I Avropa oyunları zamanı təhlükəsizliyin aidiyyəti üzrə təmin edilməsi ilə bağlı Fövqəladə Hallar Nazirliyi tərəfindən görülmüş işlərdən söz açıb. Görüşdə yarışların keçirilməsi üçün nəzərdə tutulmuş obyektlərdə yanğın-texniki müayinələr və monitorinqlərin aparılması, risklərin qiymətləndirilməsi, təxliyə planlarının dəqiqləşdirilməsi, fövqəladə hadisələrin qarşısının alınması və nəticələrinin aradan qaldırılması ilə bağlı keçirilmiş təlimlər, cəlb olunmuş qüvvə və vasitələrin operativ idarə olunmasının təmin edilməsi məqsədilə açılmış əməliyyat qərargahının fəaliyyəti barədə ətraflı məlumat verilib.

Səfər çərçivəsində belaruslu qonaqlar FHN-in Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzi, Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin fəaliyyəti ilə də yaxından tanış olublar.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/resmixronika/194783.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR