Bakıda istirahət mərkəzi uçdu: 2 ölü, 4 yaralı - YENİLƏNİB

Bakıda istirahət mərkəzi uçdu: 2 ölü, 4 yaralı - YENİLƏNİB
16:44 12 Aprel 2017
147 Digər
Ölkə mətbuatı
A- A+

Bakıda istirahət mərkəzinin uçması nəticəsində iki nəfər dünyasını dəyişib.

 

Səhiyyə Nazirliyindən Lent.az-a verilən məlumata görə, uçqun zamanı hadisə yerində 6 nəfər olub.

 

Bir nəfər hadisə yerində ölüb, digər şəxs isə xəstəxanada dünyasını dəyişib.

 

Yaralılardan birinə yerindəcə yardım göstərilib. Qalan 3 nəfər yaralı isə  1 saylı Kliniki Tibbi Mərkəzə ("Semaşko") yerləşdirilib.  

 

Yaralılardan ikisinin adı məlum olub. Onlar Orucov Ayaz Bayram oğlu, Mehdiyev Əmir Teymur oğludur. Hər iki şəxs bədənin  aşağı ətraflarının sınığı diaqnozu ilə xəstəxanaya yerləşdirilib.  

 

***

16:30

Bakı şəhərində bina uçub.
 
Paytaxtın Səbail rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Şıx qəsəbəsində, “Green City” istirahət mərkəzində baş verib.
 
Tikilməkdə olan binada baş verən uçqun nəticəsində ölən və xəsarət alanların olduğu bildirilir.
 
Fövqəladə Hallar Nazirliyindən APA-ya faktı təsdiqləyiblər. Bildirilib ki, hadisə yerinə cəlb edilən xilasedicilər dağıntılar altından 1 nəfərin meyitini çıxarıblar. Hazırda xilasetmə işləri davam etdirilir.

Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/272010

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR