Baş Prokurorluq Dortmunddakı partlayışı terror adlandırdı: Saxlanılan var

Baş Prokurorluq Dortmunddakı partlayışı terror adlandırdı: Saxlanılan var
16:52 12 Aprel 2017
72 Dünya
Ölkə mətbuatı
A- A+

Almaniyanın Baş Prokurorluğu Dortmunddakı partlayışın terror aktı olduğunu açıqlayıb. 

Milli.Az report-a istinadən xəbər verir ki, Baş Prokurorluq hadisənin törədilməsində "İslam izinin" olduğunu istisna etməyib.

Məlumata görə, terror aktının törədilməsində iki dini ekstremist şübhəli bilinir. Onlardan biri həbs olunub.

Qeyd edək ki, ötən gecə Çempionlar Liqasının "Borussiya" (Almaniya) və "Monako" (Fransa) arasında ¼ final oyunundan əvvəl dortmundluların avtobusu qarşısında törədilən üç partlayış nəticəsində Almaniya klubunun ispaniyalı müdafiəçisi Mark Bartra xəsarət alıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/534468.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR