"Narkotrafikin artmasında ABŞ günahkardır" - Prezidentdən İTTİHAM

"Narkotrafikin artmasında ABŞ günahkardır" - Prezidentdən İTTİHAM
16:58 12 Aprel 2017
86 Dünya
Ölkə mətbuatı
A- A+

Qırğızıstan prezidenti Almazbek Atambayev postsovet məkanında narkotrafikin artmasında ABŞ-ı ittiham edib.

Publika.az xəbər verir ki, president bu haqda “Mir” telekanalına müsahibəsində bildirib.

Onun sözlərinə görə, ABŞ-ın rəhbərlik etdiyi koalisiyanın Taliban hərəkatına qarşı əməliyyatları Əfqanıstanda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv ölkələrə narkotik maddələrinin tədarükünün artmasına gətirib çıxarıb.

“Narkotiklərin dövriyyəsi niyə artdı, niyə Əfqanıstandan başqa ölkələrə narkotiklərin çatdırılması artdı? Çünki, Taliban pis-yaxşı narkotiklərin becərilməsi ilə mübarizə aparırdı, amerikalıların gəlişi ilə bu, onların vecinə də olmadı”, - Atambayev bildirdi.

O vurğulayıb ki, bu vaxt ərzində narkotik tarlaların sahəsi bir neçə dəfə artıb.

Mərkəzi Asiya, həmçinin Qırğızıstandan Əfqanıstanda istehsal olunan narkotik maddələrin daşındığı marşrut keçir. Şimal yolu adlanan bu marşrut dünyanın ən böyük marşrutlarından biri hesab edilir. Buradan daşınan narkotiklər Rusiyaya, həmçinin MDB və Avropa ölkələrinə aparılır. Hər il bu marşrutla Əfqanıstandan 75 ton narkotik daşınır.

Ömər Dağlı


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/194781.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR