Gürcüstan Rusiyadan qaz alışını dayandırdı - Azərbaycana görə

Gürcüstan Rusiyadan qaz alışını dayandırdı - Azərbaycana görə
17:37 12 Aprel 2017
Ölkə mətbuatı
A- A+

Gürcüstan bu ilin sonuna qədər "Qazprom"dan qaz almağı planlaşdırır, aprel ayından qaz təchizatı Azərbaycandan olan tədarük hesabına həyata keçirilir.

Milli.Az azvision.az-a istinadən xəbər verir ki, bunu Gürcüstanın energetika naziri Kaxa Kaladze İctimai televiziyanın efirində bildirib.

Nazirin sözlərinə görə, Gürcüstan yanvar ayından mart ayına qədər Rusiyadan 100 milyon kub metr qaz alıb. O, vurğulayıb ki, bu ilin əvvəlində "Qazprom"la bağlanan müqavilə Rusiyadan qaz asılılığını azaltmağa imkan verir.

"Rusiya qazının Ermənistana tranzitinə görə aldığımız vəsaitlə, biz Azərbaycandan qaz almaq imkanına malikik. Lazım olsa İrandan da qaz ala bilərik",- deyə Kaladze vurğulayıb. 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/economy/534502.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR