Meksika prezident seçkilərinə Rusiyanın müdaxiləsindən narahatdı

Meksika prezident seçkilərinə Rusiyanın müdaxiləsindən narahatdı
17:58 12 Aprel 2017
88 Dünya
Ölkə mətbuatı
A- A+

Meksika seçkilərə Rusiyanın mümkün "müdaxiləsi" haqqında narahatlığını dilə gətirib.

Meksikanın xarici münasibətlər palatasına başçılıq edən Armando Rios Piter yerli mətbuata müsahibəsində Rusiyanın  2018-ci ildə Meksikada keçiriləcək prezident seçkilərinə "müdaxiləsindən" danışıb.

Publika.az xəbər verir ki, Armando Rio Piterin sözlərinə görə, Rusiya ABŞ-da keçirilən seçkilərə müdaxilə etmişdisə, çox güman ki, növbəti hədəf məhz Meksika olacaq.

Onun fikrincə, Meksika hökuməti öz əks-kəşfiyyat potensialını müasirləşdirməlidir. Eləcə də, başqa ölkələrlə əməkdaşlıq variantlarını gözdən keçirməlidir ki, analoji problemlərlə rastlaşmasın.

Daha əvvəl Amerika senatorluğundan Rusiyanın Fransa və Almaniyada keçirilən seçkilərə müdaxilə cəhdləri haqqında məlumat verilmişdi.

Rusiya rəsmiləri xarici dövlətlərin seçkiqabağı kampaniyalarına müdaxilə ittihamlarını dəfələrlə təkzib edib.

Mart ayının 24-də Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Moskvanın başqa ölkələrin daxili işlərinə və ya başqa proseslərinə qarışmaq niyyətinin olmadığını qeyd edib.

Könül Cəfərli


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/194797.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR