İstirahət mərkəzində baş verən uçqunla bağlı CİNAYƏT İŞİ başlandı

İstirahət mərkəzində baş verən uçqunla bağlı CİNAYƏT İŞİ başlandı
17:59 12 Aprel 2017
65 Digər
Ölkə mətbuatı
A- A+

Bakıda istirahət mərkəzində baş verən uçqunla bağlı cinayət işi başlanıb.
 
Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov APA-ya açıqlamasında bildirib ki, faktla bağlı Səbail rayon Prokurorluğunda CM 222.3-cü (tikinti işlərinin aparılmasının təhlükəsizlik qaydalarını pozma, zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.
 
O, həmçinin qeyd edib ki, iş üzrə müvafiq ekspertizalar təyin edilib, hadisənin baş vermə səbəblərinin və təqsirkar şəxslərin dairəsinin müəyyənləşdirilərək məsuliyyətə cəlb olunmaları istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.
 
Qeyd edək ki, Şıxov qəsəbəsində “Green City” istirahət mərkəzində tikilməkdə olan binada baş verən uçqunda 2 nəfər ölüb, 4 nəfər xəsarət alıb.

Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/272014

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR