Bakıda uçqunda ölənlərin adları məlum oldu

Bakıda binada uçqun nəticəsində ölənlərin adları məlum olub.

APA-nın əldə etdiyi məlumata görə, hadisə nəticəsində ölənlər 1983-cü Yolçuyev Ramal Layiq oğlu və 1973-cü il təvəllüdlü İbrahimov Rövşən İsmayıl oğludur.

***

saat 17.33

Bakıda binada uçqun nəticəsində xəsarət alanların adları məlum olub.

Klinik Tibbi Mərkəzin baş həkiminin müavini Adil Salahov APA-ya bildirib ki, hadisə nəticəsində xəstəxanaya 3 nəfər gətirilib.


Bunlar 1983-cü il təvəllüdlü Orucov Ayaz Bayram oğlu, 1977-ci il təvəllüdlü Şükürov Təbriz Hüsən oğlu və 1962-ci il təvəllüdlü Mehdiyev Əmir Teymur oğludur.

Onlardan birinin vəziyyəti yüngül olduğundan bu gün evə buraxılması nəzərdə tutulur. Digərlərinin isə müalicəsi xəstəxanada davam etdiriləcək.

***

saat 16.39

Bakıda binada baş verən uçqun hadisəsi nəticəsində ölən və yaralananların sayı açıqlanıb.

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Liya Bayramova APA-ya bildirib ki, ilkin məlumata görə, hadisə yerində 6 nəfər olub. Onlardan 1 nəfərə yerində yardım göstərilib, 3 nəfər Klinik Tibbi Mərkəzinə aparılıb.

2 nəfər isə hadisə yerində dünyasını dəyişib.

Qeyd edək ki, Paytaxtın Səbail rayon Şıx qəsəbəsində, “Green City” istirahət mərkəzində tikilməkdə olan binada uçqun baş verib.

Fövqəladə Hallar Nazirliyi tərəfindən hazırda xilasetmə işləri davam etdirilir.

***

saat 16.25

Bakı şəhərində bina uçub.

Paytaxtın Səbail rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Şıx qəsəbəsində, “Green City” istirahət mərkəzində baş verib.

Tikilməkdə olan binada baş verən uçqun nəticəsində ölən və xəsarət alanların olduğu bildirilir.

Fövqəladə Hallar Nazirliyindən APA-ya faktı təsdiqləyiblər. Bildirilib ki, hadisə yerinə cəlb edilən xilasedicilər dağıntılar altından 1 nəfərin meyitini çıxarıblar. Hazırda xilasetmə işləri davam etdirilir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR