Dövlət İmtahan Mərkəzi abituriyentlərə müraciət edib

Dövlət İmtahan Mərkəzi abituriyentlərə müraciət edib
18:29 12 Aprel 2017
169 Digər
Ölkə mətbuatı
A- A+

Dövlət İmtahan Mərkəzi “Uçuş mühəndisliyi” və “Hava nəqliyyatının hərəkətinin idarə olunması mühəndisliyi” ixtisaslarına qəbul olmaq istəyən abituriyentlərə müraciət edib.

 

DİM-in mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, 2017/2018-ci tədris ili üçün Milli Aviasiya Akademiyasının (MAA) tələbə qəbulu qaydalarına müvafiq olaraq, MAA-nın 050616 kodlu “Uçuş mühəndisliyi” və 050615 kodlu “Hava nəqliyyatının hərəkətinin idarə olunması mühəndisliyi" ixtisaslarına qəbul olmaq istəyən abituriyentlər Heydər Əliyev Beynəlxalq Hava Limanı Tibbi Sanitar İdarəsinin Aviasiya Poliklinikasının Həkim-uçuş ekspert komissiyasında xüsusi tibbi müayinədən və “Psixoloji peşə seçimi” üzrə qabiliyyət müsabiqəsindən, MAA-da isə “Fiziki hazırlıq üzrə” qabiliyyət müsabiqəsindən keçməlidirlər.

 

Abituriyentlərin tibbi müayinəsi 3 aprel – 12 may,  “Psixoloji peşə seçimi” üzrə qabiliyyət müsabiqəsi isə 10 aprel – 12 may tarixlərində Heydər Əliyev Beynəlxalq Hava Limanı Tibbi Sanitar İdarəsinin Aviasiya Poliklinikasında şənbə və bazar günləri istisna olmaqla hər gün saat 9:00-dan 16:00-dək keçiriləcək. Xüsusi tibbi müayinədən keçmiş abituriyentlər arasında “Fiziki hazırlıq üzrə” qabiliyyət müsabiqəsi isə 2017-ci ilin 22 aprel, 29 aprel və 5 may, 13 may tarixlərində MAA-da saat 9:00-dan başlayaraq aparılacaq.

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/272015

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR