İnsan Qara dəliyə düşərsə nə baş verər? - DƏHŞƏTLİ VİDEO

İnsan Qara dəliyə düşərsə nə baş verər? - DƏHŞƏTLİ VİDEO
18:38 12 Aprel 2017
161 Digər
Ölkə mətbuatı
A- A+

Kosmos nəinki alimlərin, adi insanların da həmişə marağında olan, ürpədici sirləri isə daha çox olan bir müəmmadır. Bilirik ki, Qara dəlik fəzanın “ağa”sıdır. Buna dini prizmadan yanaşanlar “Allahın dərgahına gedən yol” da deyirlər. Elm isə onu ümumi nisbilik nəzəriyyəsinə görə hər hansı cisim güclü sıxılarkən yaranan obyekt adlandırır. Bəs insan Qara dəliyə düşərsə, nə baş verər?

Publika.az suala cavab tapmağa çalışıb:

Cisim və şüa qara çuxura ancaq daxil ola bilər, oradan isə çıxa bilməz. Kənar müşahidəçi qara çuxura düşən maddədə nə baş verdiyini heç vaxt bilmir. Amma təxmin edilir ki, insan ora düşərsə bədəni sıxılıb zərrəciklərə bölünər. İnsan yalnız önü görə bilər, arxaya boylana bilməz. Həmin “səyahət” müddətində indiyədək Dəlikdən keçmiş hər şeyi bir anda görər. Dəliyin boru kimi sonunda isə güclü işıq axını onu udar. Bundan sonra isə tamamilə başqa bir kainata düşə bilər. Bu məqamda yenə də din və kliniki ölüm keçirmiş insanlar “dövriyyəyə girir”. Canlı həyatdan qısa müddətə ayrılmış insanlar da qaranlıq tunel vasitəsilə sürətlə getdiklərini, sonra gözqamaşdırıcı işıq gördüklərini deyirlər.

Şəfiqə ŞƏFA


Xəbərin orijinal ünvanı: http://publika.az/news/maraqlidunyasi/194799.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR