Çempionlar Liqası:

Çempionlar Liqasında 1/4 final mərhələsi davam edir.

Metbuat.az-ın məlumatına görə, bu gün Avropanın ən mötəbər klub turnirində 3 görüş keçiriləcək.

Günün mərkəzi matçında "Real" "Bavariya"nın qonağı olacaq. Madriddə isə yerli "Atletiko" son İngiltərə çempionu "Lester"i qəbul edəcək. Hər iki görüşün start fiti 22:45-də səslənəcək.

Terror hadisəsi səbəbindən bu günə təxirə salınan "Borussiya" (Dortmund) - "Monako" matçı isə 20:45-də başlayacaq.

Çempionlar Liqası

1/4 final, ilk oyunlar

12 aprel (çərşənbə)

20:45. “Borussiya” (Dortmund, Almaniya) – “Monako” (Fransa)

Baş hakim: Daniele Orsato (İtaliya)

Dortmund, “Siqnal İduna Park”

22:45. “Atletiko” (İspaniya) – “Lester” (İngiltərə)

Baş hakim: Yonas Eriksson (İsveç)

Madrid, “Visente Kalderon” stadionu

22:45. “Bavariya” (Almaniya) – “Real” (İspaniya)

Baş hakim: Nikola Ritsoli (İtaliya)

Münhen, “Alyans Arena”


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR