General qızı azərbaycanlı biznes-ledinin butikində - FOTO

General qızı azərbaycanlı biznes-ledinin butikində - FOTO
19:42 12 Aprel 2017
166 Şou
Ölkə mətbuatı
A- A+

Rusiyalı dizayner, "ZA Sport" şirkətinin rəhbəri 28 yaşlı Anastasiya Zadorina azərbaycanlı biznes-ledi Aysel Trudelə məxsus "Aizel" butikində Rusiya Olimpiya komandası idmançılarının geyinəcəyi ti-şörtdən ibarət kapsul kolleksiyanın təqdimatını keçirib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, "Ruslar bunu bacardı!" ("Russians did it!) devizi altında hazırlanan ti-şörtlərin təqdimatı mərasiminə Rusiya şou-biznesinin məşhur simaları qatılıblar.

Bildirək ki, A. Zadorina Rusiya Federal Təhlükəsizlik Xidmətinin general-polkovniki, "Dinamo Moskva" voleybol klubunun prezidenti Mixail Şekinin qızıdır.

Qeyd edək ki, Aysel Trudel (Hüseynova) Moskvanın ən bahalı butiklərindən olan "Soho", "Aizel's Secret" və "Agent Provocateur" dükkanlarının sahibidir. "Marc Jacobs", "Stella McCartney", "Matthew Williamson", "Michael Kors", "Oscar de la Renta", "Donna Karan", "Ruffo", "Alessandro DellAsqua", "Helmut Lang", "Calvin Klein Collection", "Burberry Prosum", "Celine", "Lanvin" və "Christian Laboutin" kimi super brendləri Rusiya bazarında təmsil edir.

Azərbaycanlı biznes-ledinin həyat yoldaşı isə kanadalı memar Lui Trudeldir. Cütlüyün iki övladı var.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/showbiz/534527.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR