"Mercedes"dən 700 kq yararsız ət çıxdı

"Mercedes"dən 700 kq yararsız ət çıxdı
19:44 12 Aprel 2017
89 Digər
Ölkə mətbuatı
A- A+

Kürdəmir rayonunda heç bir sənədi olmayan əti satmağa aparan şəxs saxlanılıb.  APA TV-nin yerli bürosunun məlumatına görə, rayon baytarlıq xidmətinin və polis əməkdaşlarının keçirdiyi  tədbirlər nəticəsində Bərdə rayon sakini,  Amil Elşən oğlu Ələkbərovun idarə etdiyi "Mercedes" markalı minik maşınının baqaj və salon hissəsindən hissələrə bölünmüş heç bir sənədi olmayan 700 kiloqrama yaxın ət aşkar olunub.
 
Müvafiq orqanlar tərəfindən yerindəcə  akt tərtib olunub və ətdən  nümunələr götürülüb.
 
Fakt araşdırılır. 

Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/272020

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR