Gənc müğənni xalq artisinin mahnısını oxudu

Gənc müğənni xalq artisinin mahnısını oxudu
15:54 7 Yanvar 2015
248 Şou
Ölkə mətbuatı
A- A+

“Xalq ulduzu” yarışmasının yadda qalan iştirakçılarından olan müğənni Kamil Cəfərov xalq artisti İslam Rzayevin repertuarına müraciət edib. Lent.az-a açıqlama verən ifaçı bildirib ki, söz və musiqisi Bəhram Nəsibova məxsus “Mənalı günlər” adlı bəstəni lentə aldırıb: “Ölməz sənətkar İslam Rzayevin ifa etdiyi mahnıları çox bəyənirəm. Kiçik yaşlarımdan isə “Mənalı günlər” mahnısına isə daha çox qulaq asırdım. Ara sıra bu mahnını məclislərdə zümzümə etsəm də nədənsə lentə aldırmaq barədə düşünmürdüm. Amma daha sonra dostlarım məsləhət gördülər ki,  bu mahnını öz repertuarıma daxil edim. Bu bəstəyə ümidlərim böyükdür. Güman edirəm ki, mahnı mənim ifamda da bəyəniləcək”.

 

Qeyd edək ki, “Mənalı günlər” mahnısının aranjemanı İlkin Valehoğluna məxsusdur. 

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/189655

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR