"Qarabağ" "Trabzonspor"la oynayacaq - RƏSMİ

"Qarabağ" "Trabzonspor"la oynayacaq   - RƏSMİ
20:17 12 Aprel 2017
98 İdman
Ölkə mətbuatı
A- A+

"Qarabağ"ın 12 yaşlılardan ibarət komandası bu gün Türkiyəyə yollanıb. Fanat.Az xəbər verir ki, təmsilçimiz "Altınordu" klubu tərəfindən hər il keçirilən "U-12 İzmir Cup" turnirində iştirak edəcək.


 

Bu turnirdə 12 ölkənin 48 komandası yarışacaq. İspaniyanın "Atletiko" (Madrid), "Atletik" (Bilbao), Rusiyanın "Krasnodar", Yunanıstanın "Panatinaikos", Almaniyanın "SV Ayntraxt", "Berlin", İtaliyanın "Torino, Türkiyənin "Qalatasaray", "Fənərbaxça", "Beşiktaş", "Trabzonspor", "Altınordu" kimi klubları yarışda iştirak edəcəklər.

 

Artıq "Qarabağ"ın qrupdakı rəqibləri də məlumdur. Təmsilçimiz "Trabzonspor", "Gümüşordu", "Denizli Çamlık", "Çorlu Fənər" və H6 klublarıyla qarşılaşacaq.

 

Qeyd edək ki, qrupun ilk oyunları sabah keçiriləcək.



Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-quotqarabaquot-quottrabzonsporquotla-oynayacaq-t57537.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR