İstehsalatda baş verən qəzalardan necə qorunmaq olar?

İstehsalatda baş verən qəzalardan necə qorunmaq olar?
20:27 12 Aprel 2017
116 Ölkə
Ölkə mətbuatı
A- A+

Paytaxtın Səbail rayon Şıx qəsəbəsində, "Green City" istirahət mərkəzində tikilməkdə olan binada uçqun baş verib. Hadisə nəticəsində iki nəfər vəfat edib, 4 nəfər xəsarət alıb.

Bir neçə saat öncə baş vermiş bu qəza tikintidə təhlükəsizlik məsələsini yenidən gendəmə gətirir. Bəs istehsalatda baş verən qəzaların səbəbi nədir? İstehsalat qəzalarından necə sığortalanmaq olar?

Milli.Az xəbər verir ki, təhlükəsizlik üzrə ekspert Elmar Nurəliyev İnterAz-a bildirib ki, bu cür hadisələrdən qorunmaq üçün iş yerlərində təhlükəsiz iş şəraiti yaratmaq, texniki təhlükəsizlik, əməyin mühafizəsi, yanğın təhlükəsizliyi qaydalarına və digər təhlükəszilik normalarına əməl olunmasına nəzarət etmək lazımdır. Onun sözlərinə görə, bizim ölkəmizdə baş verən qəzaların faizinin tikinti sektorunda çoxluq təşkil etdiyini nəzərə alaraq "Tikintidə hansı təhlükəsizlik qaydalarına əməl edək" sualına qısa da olsa aydınlıq gətirmək lazımdır.

"Hardan başlamaq lazımdır? Birinci işə götürərkən işçi ilə əmək müqaviləsi bağlamaq və sığortalamaq. İkinci iş yerində təhlükəsiz iş şəraiti yaratmaqla təhlükə potensialı riskini aşağı salmaq. Üçüncü işçi işə qəbul olunduğu andan istehsalat yerinə daxil olmamışdan qabaq ona "giriş təlimatı " verilməli, iş yerində işə başlamamışdan qabaq isə sahə rəhbəri tərəfindən "ilkin təlimat" verilir və sonra işə başlamaq. Dördüncü işçiləri (iş sahəsində asılı olaraq ) xüsusi geyim, ayaqqabı, dəbilqə, eynək, qoruyucu kəmər, əlcək və s. fərdi mühafizə vasitələri ilə təmin etmək. Beşinci tikinti sektorunda əsəs bədbəxt hadisələr yıxılmalar, uçqun, avadanlıqlardan düzgün istifadə etməməklə baş verdiyini nəzərə alsaq hündürlükdə işləyən zaman qoruyucu kəmərdən istifadə etməsini, tikinti ərazisində texnikalarnan işləyən zaman təhlükəsizlik qaydalarına riayət etməyi, yük qaldırıcı kranların və digər ağır texnikalar işləyən zaman altından və arxasından keçməmək, yeni alınmış yaxud istifadədə olan avadanlıqlara icazəsi olmayan şəxslərin toxunmamasını təmin etmək, hündürlüyü 7 metrdən çox olan binaların xarici divarları hörülərkən yerdən 6 metr hündürlükdə qoruyucu sipərlər qurulmalı və iş bitənə qədər saxlanılmalıdır. Divarın üstündən divar hörmək, mərtəbəarası döşəmə və tavanların konstruksiyaların, pilləkən qəfəsləri və marşları qurraşdırılmamış növbəti mərtəbəni mərtəbənin divarlarını hörməyə yol verilmir və digər təhlükəli və zərərli faktorlar nəzərə alınmaqla işlər yerinə yetirilməlidir. Altıncı Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 29 iyun tarixli 357 nömrəli Fərmanının "Hündürlükdə iş zamanı təhlükəsizlik qaydaları " tələblərinə riayət etmək. Ona görə çalışmaq lazımdır ki, bu cür qəzalar ən aşağı səviyyəyə salınsın həm insanların həyatı qorunsun (burada işçilər də maraqlı olmalıdırlar ) həm də ölkə iqtisadiyyatına zərər dəyməsin", - Elmar Nurəliyev qeyd edib.

Ekspert onu da əlavə etdi ki, bu cür qəzaların qarşısının alınması üçün  İstehsalat qəzaları nəticəsində, həmçinin sağlam iş şəraitinin, təhlükəsiz iş şəraitinin təşkil edilməməsindən yaranan bədbəxt hadisələr zamanı insanlar müxtəlif dərəcəli bədən xəsarəti alırlar və nəticədə peşə xəstəliklərinə məruz qalırlar:

"Bu qəzalar iş yerlərində təhlükəsiz əmək şəraitinin yaradılmaması, texniki təhlükəsizlik, əməyin mühafizəsi, yanğın təhlükəsizliyi qaydalarına və digər təhlükəsizlik normalarına riayət edilməməsi səbəbindən baş verir. Araşdırmalar onu göstərir ki, hər il ölkədə 200 -dən artıq istehsalat qəzasi baş verir ki bunun da 70 -dən çoxu ölümlə, 100 -dən çox müxtəlif bədən xəsarəti ilə nəticələnir. Keçən ilin hesabatında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən baş vermiş qəzaların təhlili zamanı bu dövrdə istehsalatla əlaqəli bədbəxt hadisələrin daha çox tikinti sektorunda (25.9 faiz ) baş verdiyi bildirilmişdir. Daha sonra emal sənayesində (15,5 faiz), nəqliyyat sektorunda (14 faiz), mədənçıxarma sektorunda (14 faiz) və energetika sahəsində (5,1 faiz) baş verdiyi müəyyən olunub. Ümumiyyətlə istehsalat qəzaları bütün dünyada baş verir və hamı bununla mübarizə aparır. Beynəlxalq əmək təşkilatının məlumatında hər il dünyada istehsalatda 313 milyondan çox ölümlə nəticələnə bilən bədbəxt hadisə baş verir ki, bunun da 2.3 milyondan çoxu ölümlə nəticələnir. Bunun da nəticəsi olaraq 160 milyondan çox insan peşə xəstəliyində əziyyət çəkir. Nəzər salaq, dünyada baş vermiş istehsalat qəzalarına: Çində baş verən mədən qəzasında keçən il 74 nəfər, 1942- ci ildə isə 1500 -dən artıq insan həyatını itirib. Fransada, Yaponiyada baş vermiş mədən qəzalarnda 1000-dən çox insan həyatını itirib. ABŞ- da Pemberton fabrikinin çökməsi nəticəsində baş verən qəzada 150- yə yaxın insan həyatını itirib. Kanadada Halifaks limanında iki gəminin toqquşması nəticəsində 1800-dən çox insan həyatını itirib, 9000- ə yaxın insan xəsarət alıb (gəminin birində partlayıcı maddələr olub).  Türkiyədə baş verən " Soma " mədən qəzasında 300-dən artıq insan həyatını itirdi".

Ekspert Elmar Nurəliyev əlavə etdi  ki, istehsalat qəzaları ümümidaxili məhsulu müəyyən faiz aşağı salır. Dünya üzrə istehsalat qəzaları nəticəsində ümümidaxili məhsul 4 faiz. yaxud 2.8 milyard dollar itirilməsi ilə nəticələnir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/534529.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR