Putin ABŞ-ın dövlət katibi ilə görüşüb

Rusiya prezidenti Vladimir Putin ABŞ-ın dövlət katibi Reks Tillersonu qəbul edib.

Metbuat.az bildirir ki, bu barədə Putinin mətbuat katibi Dmitriy Peskov məlumat yayıb.

Vladimir Putin və Reks Tillerson arasındakı görüş 5 saata yaxın davam edib. Digər detallar barədə məlumat verilmir.

Qeyd edək ki, yaxın saatlarda hər iki ölkənin xarici işlər nazirlərinin iştirakı ilə mətbuat konfransı keçiriləcək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR