BƏƏ Azərbaycanla ticarəti genişləndirmək niyyətindədir

BƏƏ Azərbaycanla ticarəti genişləndirmək niyyətindədir
21:58 12 Aprel 2017
90 Dünya
Ölkə mətbuatı
A- A+

Azərbaycanla Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) iqtisadi əməkdaşlığının səviyyəsi iki ölkə arasındakı mövcud potensialı əks etdirmir.

Trend-in məlumatına görə, bunu BƏƏ-nin iqtisadiyyat naziri Sultan bin Səid əl-Mansuri aprelin 20-də Əbu-Dabidə keçiriləcək İqtisadi, ticarət və texniki əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın altıncı görüşü ərəfəsində deyib.

Nazir bildirib ki, iclasın gedişində tərəflər turizm, energetika, ətraf mühit və təbii resurslar sahəsində əməkdaşlığın artırılması məsələsini müzakirə edəcəklər: "Bu cür görüşlər ikitərəfli iqtisadi əlaqələr, investisiyalar və ticarətin dövlət başçılarının gözlədiyi səviyyədə inkişafı üçün yaxşı platformadır".


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/194818.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR