Lavrov: "Bizim münasibətlərimizə maneə olmaq istəyirlər"

Lavrov: "Bizim münasibətlərimizə maneə olmaq istəyirlər"
22:12 12 Aprel 2017
92 Dünya
Ölkə mətbuatı
A- A+

"Moskvada səfərdə olan ABŞ dövlət katibi Reks Tillersonu Rusiya prezidenti Vladimir Putin qəbul edib. Putin-Tillerson görüşü iki sаatdan çox çəkib".

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov amerikalı həmkarı Reks Tillersonla keçirdiyi birgə mətbuat konfransında bildirib. 

O, Reks Tillersonla 5 saatdan çox danışıqlar apardığını söyləyib: "Daha sonra danışıqlar Kremldə davam etdirildi. Danışıqlar açıq və ətraflı keçdi. İkitərəfli münasibətləri, beynəlxalq gündəmdə olan vacib məsələləri müzakirə etdik".
 
Rusiya-ABŞ münasibətlərindən danışan Sergey Lavrov iki ölkə arasındakı münasibətləri pozmaq istəyənlərin olduğunu söyləyib: "Görürük ki, bizim münasibətlərimizə maneə olmaq istəyirlər. Tarix göstərib ki, Moskva və Vaşinqton əməkdaşlıq edəndə bundan nəinki xalqlarımız, bütün dünya udur".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/534554.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR