Əsnəmə nə zaman təhlükəli simptom sayıla bilər?

Əsnəmə nə zaman təhlükəli simptom sayıla bilər?
22:22 12 Aprel 2017
229 Ölkə
Ölkə mətbuatı
A- A+

Əsnəmənin öyrənilməsinə bir çox elmi araşdırmalar həsr olunub. Lakin indiyə kimi hər birimiz üçün bu adi halın əsl səbəbi məlum deyil.

Əvvəllər belə hesab olunurdu ki, əsnəmənin səbəbi havada oksigenin az olmasıdır ki, insan əsnəyərək ona çatışmayan oksigeni almağa çalışır. Lakin daha sonra araşdırmalar göstərib ki, bu əsnəmənin səbəbi sayıla bilər.

Milli.Az saglamolun.az-a istinadən bildirir ki, hal-hazırda elmdə əsnəmə ilə bağlı müxtəlif nəzəriyyələr mövcuddur - beyini soyutmaq üçün, dil və udlaq əzələlərinin gərginliyini azaltmaq üçün, qulaqlarda təzyiqi normallaşdırmaq üçün və s.

Lakin alimlərin fikrinə görə tez-tez və uzun-uzadı əsnəmə bəzi xəstəliklərin və pozulmaların simptomu kimi də meydana çıxa bilər.
Bu xəstəliklər və pozulmalar arasında:
- yuxu problemləri
- güclü fizki və əqli yorğunluq
- yüksək təzyiq
- beyin damarlarının problemləri
- depressiya
Bu səbəbdən əgər siz tez-tez əsnəyirsinizsə, ilk növbədə kifayət qədər yatın və dincəlin.  Bu kömək etmirsə, həkimə müraciət edib ürək-damar sisteminin fəaliyyətini və arterial təzyiqi yoxlayın.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/health/534450.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR