"Güzəştsiz mübarizədə ümumi məqsədimizi təsdiqlədik"

"Güzəştsiz mübarizədə ümumi məqsədimizi təsdiqlədik"
22:37 12 Aprel 2017
107 Dünya
Ölkə mətbuatı
A- A+

"Moskva ABŞ-ın İdlibdəki hadisənin beynəlxalq araşdırılmasını dəstəkləməyə hazır olduğunu gördü".

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov amerikalı həmkarı Reks Tillersonla keçirdiyi birgə mətbuat konfransında bildirib.

"Biz beynəlxalq terrorçuluqla güzəştsiz mübarizədə ümumi məqsədimizi təsdiqlədik. Prezident Putin Rusiyanın Suriyanın hava məkanında insidentlərinin qarşısının alınması üçün Memoranduma yenidən qoşulmağa hazır olduğunu təsdiqlədi", deyə Sergey Lavrov qeyd edib.
 
Lavrov Moskvanın BMT Təhlükəsizlik Şurasına çıxarılan Suriya ilə bağlı qətnamənin qeyri-məhsuldar olduğunu da vurğulayıb.
 
Qeyd edək ki, bu Memorandum Rusiya tərəfindən ABŞ-ın Suriyaya raket zərbələri endirməsindən sonra dayandırılmışdı.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/534558.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR