Gəncədə 63 yaşlı kişi intihar edib

15:57 7 Yanvar 2015
107 Digər
Ölkə mətbuatı
A- A+

[ 07 Yanvar 2015 15:55 ]

Gəncə. Azər Məmmədli - APA. Gəncə şəhərində intihar hadisəsi baş verib.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə şəhərin Atatürk prospekti bina 1, mənzil 121 ünvanında baş verib. Evdə yaşayan, Türkmənistan Respublikasının Bayraməli şəhərində anadan olmuş, təqaüdçü, 1952-ci il təvəllüdlü şəhər sakini Özermurad Xalmuradov tavandan keçən kanalizasiya sisteminə aid olan polietilen borudan naqillə özünü asaraq intihar edib. Məlumata görə Ö. Xalmuradov ruhi xəstə olub.

 

Faktla bağlı Gəncə şəhər Prokurorluğunda araşdırma aparılır.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR