"İki nüvə nəhəngi arasındakı münasibətlər bu vəziyyətdə olmamalıdır"

"İki nüvə nəhəngi arasındakı münasibətlər bu vəziyyətdə olmamalıdır"
22:52 12 Aprel 2017
98 Dünya
Ölkə mətbuatı
A- A+

ABŞ dövlət katibi Reks Tillerson Moskvada apardığı danışıqları məhsuldar adlandırıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Reks Tillerson rusiyalı həmkarı Sergey Lavrovla apardığı danışıqların yekunlarına dair keçirilən mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, mövcud problemlərin həlli üçün Rusiya və ABŞ arasındakı münasibətlərin yaxşılaşması lazımdır.
 
"Moskva və Vaşinqton arasındakı münasibətlərin hazırkı vəziyyəti ən aşağı səviyyədədir. Qarşılıqlı inamın səviyyəsi də aşağıdır. İki nüvə nəhəngi arasındakı münasibətlər bu vəziyyətdə olmamalıdır", deyə Tillerson vurğulayıb.
 
ABŞ dövlət katibi rusiyalı həmkarı ilə danışıqlarda iki ölkə arasındakı əlaqələrin hansı yollarla yaxşılaşdırılmasını müzakirə etdiklərini də söyləyib.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/534561.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR