Çempionlar Liqası: "Borussiya" - "Monako" oyununda 5 qol! - FOTO

Çempionlar Liqası: "Borussiya" - "Monako" oyununda 5 qol! - FOTO
22:52 12 Aprel 2017
95 İdman
Ölkə mətbuatı
A- A+

Bu gün Çempionlar Liqasının 1/4 final mərhələsinin daha 3 oyunu baş tutacaq.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, Dortmundda baş vermiş partlayış səbəbindən bir gün sonraya təxirə salınan "Borussiya" - "Monako" matçı ilə yanaşı "Atletiko" (İspaniya) - "Lester" (İngiltərə) və "Bavariya" (Almaniya) - "Real" (İspaniya) görüşləri keçiriləcək.

Meydana ilk olaraq "Borussiya" və "Monako" çıxdılar. Görüş saat 20:45-də start götürdü. Mövsümün sürpriz komandası "Monako" 1/8 final mərhələsində gözlənilmədən "Mançester Siti"ni üstələmişdi. Hazırda əla formada olan Knyazlıq klubu "böyük beşlik" ölkələrində ən çox qol vuran iki komandadan biridi. Bu da əsasən gənc futbolçularla mübarizə aparan "Borussiya"nın işinin asan olmayacağından xəbər verir. Bu cütlükdə kimisə favorit göstərmək çox çətindi. "Monako" məhsuldarlığını Almaniyada da nümayiş etdirib, cavab qarşılaşmasına sərfəli nəticə ilə çıxmağa çalışırdı.
 
Hər iki komandada problemlər kifayət qədər idi. "Monako"da Temue Bakayoko cəza, Qabriel Boşilya və Quido Karrilyo isə zədə səbəbindən "Siqnal İduna Park"da meydana çıxmadılar. Almanlarda isə itki daha çox idi. Erik Durm, Mario Götze, Andre Şürrle və Yakob-Brun Larssen baş məşqçi Tomas Tuhelin ixtiyarında olmadılar. Bu azmış kimi, Şinji Kaqava, Marko Roys və Yulian Vayqlın da iştirakı sual altında idi. Üstəlik dünənki partlayışda yaralanan Mark Bartranın da meydana çıxmayacağı ehtimal olunurdu.
 
Daha sonra isə günün proqram üzrə baş tutmalı olan iki qarşılaşması oynanılacaq. Çempionlar Liqasının son finalçısı "Atletiko" İngiltərə çempionu "Lester"i sınağa çəkəcək. Ötən həftəsənu La Liqada "Real"dan səfərdə xal alan "Atletiko" yarımfinala daha yaxın hesab edilir. Ən azı təcrübə Dieqo Simeonenin yetirmələrini bir addım öndə göstərməyə şərait yaradır. Argentinalı mütəxəssisi əsas narahat edən məqam zədəli oyunçuların çox olmasıdı. Belə ki, Bernabe Barraqan, Nikolas Qaytan, Kevin Qameyro, Migel Anxel Moya, Tiaqo və Sime Vrsalko zədədən əziyyət çəkirlər. Ancaq onlardan hansının "Lester"lə görüşü buraxacağı hələlik məlum deyil.
İngilislərdə isə Ues Morqanla Molla Vaquenin meydana çıxmayacağı dəqiqdi.
 
Daha bir finala bərabər oyun "Bavariya" ilə "Real" arasında keçiriləcək. Hər iki komanda daxili birincilikdə ilk sırada qərarlaşır və çempionluğa olduqca yaxındı. Hətta çoxları bu cütlüyün qalibinin ÇL-i qazanacağını proqnozlaşdırır. "Real" turnirin son çempionu olsa da, cütlüyün favoriti "Bavariya" göstərilir. Çünki Münhen klubu hazırda əla formadadı. Komanda bunu Bundesliqanın ötən turunda Dortmund "Borussiya"sı ilə qarşılaşmada da nümayiş etdirdi.
 
Digər maraqlı məqam Karlo Ançelottinin keçmiş köməkçisi Zinəddin Zidanla rəqib olmasıdı. Hər iki mütəxəssisi zədəlilər narahat etməyə bilməz. Almanlarda Manuel Noyer və Tomas Müller bu səbəbdən son matçlarda iştirak etməyiblər. Klubun həkimləri onları "Real"la görüşə yetişdirməyə çalışırlar. Zidanın qayğıları isə daha çoxdu. Rafael Varandan sonra La Liqanın son turunda Pepenin də zədələnərək mövsümü qapaması həlledici anlarda heç yerinə düşmədi. Onların yoxluğunda müdafiənin mərkəzində kapitan Serxio Ramosa böyük oyun təcrübəsi az olan Naço tərəfdaşlıq edəcək.
 
 
Çempionlar Liqası
1/4 final mərhələsi, ilk oyunlar
12 aprel
 
"Borussiya" (Dortmund, Almaniya) - "Monako" (Fransa) - 2:3
Qollar: Dembele, 57, Kaqava, 84 - Mbappe, 19, 79, Bender, 35 (öz qapısına)
 
Baş hakim: Daniele Orsato (İtaliya)
Dortmund, "Siqnal İduna Park"
 
"Borussiya": 38. Burki, 6. Bender, 25. Sokratis, 28. Qinter, 29. Şmeltser (k), 33. Veyql, 23. Kaqava, 26. Pitsçek, 13. Qerreyro, 7. Dembele, 17. Obameyanq
Ehtiyat oyunçular: 1. Roman Vaydenfeller, 8. Nuri Şahin, 9. Emre Mor, 22. Kristian Pulisiç, 24. Mikel Merino, 30. Feliks Passlak
 
"Monako": 1. Subasiç, 24. Raqqi, 5. Yemerson, 25. Qlik, 38. Ture, 27. Lemar, 8. Moutinyo, 2. Fabinyo, 10. Silva, 29. Mbappe, 9. Falkao (k)
Ehtiyat oyunçular: 16. Morgan de Sanktis, 6. Xorge, 7. Nabil Dirar, 18. Velere Germeyn, 33. İrvin Kardona, 34. Abdu Diallo, 35. Kevin Ndoram
 
22:45. "Atletiko" (İspaniya) - "Lester" (İngiltərə)
Baş hakim: Yonas Eriksson (İsveç)
Madrid, "Visente Kalderon" stadionu
 
22:45. "Bavariya" (Almaniya) - "Real" (İspaniya)
Baş hakim: Nikola Ritsoli (İtaliya)
Münhen, "Alyans Arena"

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/534560.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR