Hündürboy qadınlarda bu xəstəliklərin riski 3 dəfə çoxdur

Hündürboy qadınlarda bu xəstəliklərin riski 3 dəfə çoxdur
23:17 12 Aprel 2017
232 Ölkə
Ölkə mətbuatı
A- A+

Höteborq Universiteti (İsveç) alimləri 30 il ərzində 1,5 mln qadın haqqında məlumatları təhlil etdikdən sonra belə qərara gəliblər ki, hündürboy qadınlarda insult və ürək çatışmazlığı riski alçaqboylu qadınlarla müqayisədə 3 dəfə çoxdur.

Milli.Az saglamolun.az-a istinadən bildirir ki, alimlərin fikrinə görə bunun səbəbi hündürboy qadınlarda ürək kameralarının ölçülərinin daha böyük olmasıdır. Bu da ürək və damarlarla bağlı olan riskini artırır.

Bundan əlavə bədən çəkisi 76 kq-dan artıq olan qadınlar da ürək-damar xəstəliklərinə görə risk qrupundadır.

Mütəxəssislər qeyd edir ki, ürək və damar xəstəliklərindən qorunmaq üçün hündürboy qadınlar bədən çəkisini daim normada saxlamalıdır.

Bundan əvvəl Almaniya alimləri tərəfindən keçirilmiş  araşdırma göstərib ki, hündürboy insanlarda xərçəngin riski daha çoxdur.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/health/534330.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR