İsgəndəriyyədə terror aktı törədənin kimliyi müəyyənləşib

İsgəndəriyyədə terror aktı törədənin kimliyi müəyyənləşib
23:37 12 Aprel 2017
40 Dünya
Ölkə mətbuatı
A- A+

Misirin İsgəndəriyyə şəhərində kilsədə terror aktı törədənin kimliyi məlum olub.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Misir daxili işlər nazirliyinin məlumatında bildirilir.

Məlumata əsasən, üzərindəki partlayıcı qurğunu 1986-cı il təvəllüdlü Süveyş şəhər sakini, neft şirkətinin əməkdaşı Mahmud Mubarək Abdulla işə salıb.
 
Tanta şəhərində kilsəni partladan digər terrorçu-kamikadze barədə məlumat verilmir.
 
Aprelin 9-da  İsgəndəriyyədə və Tanta şəhərlərində törədilən partlayışlarda 45  nəfər ölüb. Terror aktlarına görə məsuliyyəti İŞİD terror qruplaşması öz üzərinə götürüb.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/534567.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR