Hacıbala Abutalıbov dünya ulduzunu Bakıya gətirir

Hacıbala Abutalıbov dünya ulduzunu Bakıya gətirir
23:57 12 Aprel 2017
133 İdman
Ölkə mətbuatı
A- A+

Məşhur boksçu, Ukrayna paytaxtı Kiyevin meri Vitali Kliçko Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbovun dəvəti ilə aprelin 13-də Azərbaycana səfər edəcək.


İki günlük səfəri zamanı V.Kliçko Azərbaycan paytaxtında həmkarı H.Abutalıbovla, siyasi dairələrin və biznes nümayəndələri ilə görüş keçirəcək. O, həmçinin Fəxri xiyabanı, Dövlət Bayrağı Meydanını ziyarət edəcək. Kiyev meri Bakıda inşa olunmuş infrastruktur obyektlərinə, dənizkənarı bulvar kompleksinə, idman arenalarına və müasir Bakı üçün əhəmiyyətli olan digər obyektlərə baxış keçirəcək.


Əfsanəvi boksçu Bakıya səfəri ərəfəsində deyib: "Ölkələrimiz arasındakı tərəfdaşlıq əlaqələrini yüksək dəyərləndiririk və onu daha da inkişaf etdirməyə çalışırıq. Üstəlik, Kiyev və Bakı təqribən 20 ildir qardaşlaşmış şəhərlərdir. Bu gün Bakının infrastrukturunun inkişafı üzrə təcrübəsi bizə çox gərəklidir. Son illərdə Azərbaycan paytaxtı bu istiqamətdə əhəmiyyətli irəliləyiş əldə edib. Bu baxımdan əməkdaşlıqda və infrastrukturun inkişaf etdirilməsi sahəsində yaxşı təcrübəyə malik Azərbaycan biznesinin investisiyalarında maraqlıyıq". (report.az)


Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-hacbala-abutalbov-dunya-ulduzunu-bakya-gtirir-t57545.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR