Tramp sözünü geri götürdü

Tramp sözünü geri götürdü
01:23 13 Aprel 2017
104 Dünya
Ölkə mətbuatı
A- A+

Terrorizmlə fəal mübarizəyə başlayan NATO artıq köhnəlmiş təşkilat deyil.

APA-nın ABC telekanalına istinadən verdiyi xəbərə görə, bunu ABŞ prezidenti Donald Tramp NATO baş katibi Yens Stoltenberq ilə keçirdiyi birgə mətbuat konfransında bəyan edib.

Tramp NATO baş katibinə, eləcə də Alyansa üzv ölkələrə Suriyanın “Şayrat” aviabazasına endirilən raket zərbəsini dəstəklədiklərinə görə minnətdarlığını bildirib.

“Deyirdim ki, NATO köhnəlib. Artıq belə deyil”, deyə ABŞ prezidenti vurğulayıb.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/194835.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR