Mismar, çəngəl, bıçaq:

Biri, 1 metrə yaxın uzunluğu olan lom udub. Digərinin isə mədəsindən çəngəl, bıçaq, mismar çıxarılıb. Respublika kliniki xəstəxanasında mədədən çıxarılan yad cismləri görəndə insan daha da təəccüblənir.

Mismarlar, çəngəl, bıçaq, güllə, müxtəlif ölçülü daşlar. Bunlar əməliyyatla insan bədənindən çıxarılan əşyalardır. 1 nömrəli şəhər kliniki xəstəxanasında eksponat kimi saxlanılan bu əşyalar insanı həm təəccübləndirir, həm də suallar yaradır. Misal üçün maraqlıdır ki, çəngəl bıçaq insan mədəsinə necə olub düşüb? Əməliyyatları gerçəkləşdirən xəstəxananın şöbə müdiri Fariz Camalov belə cisimlərin adətən intihar məqsədilə udulduğunu qeyd edir.

Güllə isə müharibə zamanı xəstənin çiyninə dəyib və istiqamət dəyişərək əzələlər arasında ilişib qalıb. Mismarlar da özünə zərər vermək məqsədiylə bədənə daxil edilib. Cərrah başqa maraqlı hallarla da rastlaşdıqlarını deyir.

Bir neçə başqa maraqlı fakta da rast gəlinib. Fariz Camalov qeyd edir ki, illər əvvəl rayonlardan birində əməliyyat zamanı işıqlar sönüb və lampadan istifadə olunub. həmin vaxt bir neçə kibrit dənəsi də xəstənin mədəsinə düşüb. illər sonra xəstə fəsadlar yarandığına görə həkimə müraciət edəndə həmin kibrit çöpləri aşkarlanaraq götürülüb.

"Xəzər xəbər"in mövzu ilə bağlı hazırladığı videoreportajı təqdim edirik:


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR