Kolumbiyada sel qurbanlarının sayı 320-yə çatdı

Kolumbiyada sel qurbanlarının sayı 320-yə çatdı
06:19 13 Aprel 2017
73 Digər
Ölkə mətbuatı
A- A+

Kolumbiyanın Putumayo departamentində baş vermiş sel daşqınları nəticəsində ölənlərin sayı 320 nəfərə çatıb.

 

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bundan əvvəl 314 nəfərin öldüyü, 127 nəfərin itkin düşdüyü bildirilirdi.

 

Ölənlərin 118-i həddi-buluğa çatmamış uşaqlardır. Təbii fəlakət nəticəsində həmçinin 332 nəfər xəsarət alıb.

 

Xatırladaq ki, aprelin 1-ə keçən gecə baş verən faciəyə səbəb leysanlar nəticəsində Mokoa çayının məcrasından çıxması olub. Hadisə ilə əlaqədar prezident Xuan Manuel Santos ölkədə fövqəladə vəziyyət rejimi tətbiq edib.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/272036

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR