Canavarlar 31 qoyunu parçaladı - Sabirabadda

Canavarlar 31 qoyunu parçaladı - Sabirabadda
07:19 13 Aprel 2017
351 Digər
Ölkə mətbuatı
A- A+

Sabirabadda canavarlar qoyun sürüsünə hücum edib. 

 

APA TV-nin məlumatına görə, hadisə rayonun Azadakənd kəndində qeydə alınıb. Kənd sakini Rüstəm İlham oğlu Qurbanova məxsus təsərrüfatda canavarlar 70 baş qoyun olan tövləyə hücum edib. Bir neçə qoyunu parçalayan yırtıcılar sürünü  çöllüyə qovub.

 

Təsərrüfat sahibi deyir ki, kənd camaatı köməyə gəlsə də, heç nə edə bilməyiblər. 

 

Rüstəm Qurbanov, zərərçəkən: Gecə yarısı it hürdü səsə çıxdım gördüm ki, təsərrüfata canavarlar hücum edib. 70 qoyundan 31-i tələf olub. 4 canavar sürünü qovdu apardı Kürün sahilinə. Kənd camaatının, əmimin və qardaşımın köməyi ilə sürünün arxası ilə getsəm də çata bilmədim.  31 qoyunum tələf olub. Xilas edə bilməməyimin də səbəbi canavarların güllələnməsinə icazənin verilməməsidir. Sağ qalan qoyun-quzunun da bəziləri yaralıdır.

 

Canavarların təsərrüfata hücumu ilə bağlı aidiyyəti qurumlara məlumat verilib.

 

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/272038

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR