"Monako", “Real” və “Atletiko” qalib gəldi

"Monako", “Real” və “Atletiko” qalib gəldi
07:22 13 Aprel 2017
84 İdman
Ölkə mətbuatı
A- A+

Çempionlar Liqasının 1/4 final mərhələsinin daha 3 oyunu baş tutub.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, Dortmundda baş vermiş partlayış səbəbindən bir gün sonraya təxirə salınan "Borussiya" - "Monako" matçı ilə yanaşı "Atletiko" (İspaniya) - "Lester" (İngiltərə) və "Bavariya" (Almaniya) - "Real" (İspaniya) görüşləri də keçirilib.

Meydana ilk olaraq "Borussiya" və "Monako" çıxıb. Mövsümün sürpriz komandası "Monako" 1/8 final mərhələsində gözlənilmədən "Mançester Siti"ni üstələmişdi. Hazırda əla formada olan Knyazlıq klubu "böyük beşlik" almanları da məyus edib. Fransızlar səfərdən 3:2 hesablı qələbə ilə dönüblər.

Daha sonra isə günün proqram üzrə baş tutmalı olan iki qarşılaşması oynanılıb. Çempionlar Liqasının son finalçısı "Atletiko" İngiltərə çempionu "Lester"i sınağa çəkib. Ötən həftəsənu La Liqada "Real"dan səfərdə xal alan "Atletiko" doğma meydanda minimalhesablı qələbəyə sevinib. Yeganə qolu Qrizman vurub.

Daha bir finala bərabər oyun isə "Bavariya" ilə "Real" arasında keçirilib. Gərgin mübarizə şəraitində keçən oyunda azarkeşlər 3 qola şahidlik ediblər. "Bavariya" hesabı açıb ilk hissəni öndə başa vursa da, sonradan üstünlüyünü qoruya bilməyib. Kristiano Ronaldo 47 və 77-ci dəqiqədə dubl edərək komandasının səfərdən qələbə ilə dönməsini təmin edib.

Çempionlar Liqası

1/4 final mərhələsi, ilk oyunlar

12 aprel

"Borussiya" (Dortmund, Almaniya) - "Monako" (Fransa) - 2:3

Qollar: Dembele, 57, Kaqava, 84 - Mbappe, 19, 79, Bender, 35 (öz qapısına)

Baş hakim: Daniele Orsato (İtaliya)

Dortmund, "Siqnal İduna Park"

"Atletiko" (İspaniya) - "Lester" (İngiltərə) - 1:0

Qol: Qrizman, 27 (pen.)

Baş hakim: Yonas Eriksson (İsveç)

Madrid, "Visente Kalderon" stadionu

"Bavariya" (Almaniya) - "Real" (İspaniya) - 1:2

Qırmızı vərəqə: Xavi Martinez, 61 ("Bavariya")

Qollar: Vidal, 25 - Ronaldo, 47, 77

Baş hakim: Nikola Ritsoli (İtaliya)

Münhen, "Alyans Arena".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/534570.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR