Köməkçi tikili yandı,ev quşları tələf oldu - Saatlıda

Köməkçi tikili yandı,ev quşları  tələf oldu - Saatlıda
07:34 13 Aprel 2017
93 Digər
Ölkə mətbuatı
A- A+

Saatlıda yanğın hadisəsi baş verib.

 

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Saatlı rayonu, Nərimankənd kəndində vətəndaşa məxsus ümumi sahəsi 54 m2 olan köməkçi tikilinin tavanı 20 m2 sahədə yanıb.

 

Yanğın zamanı tikilidə sayı məlum olmayan ev quşu tüstüdən boğularaq tələf olub.

 

Köməkçi tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 04:33-də yanğınsöndürənlər tərəfindən söndürülüb.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/272039

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR