Bu eynəklə hotel nömrələrinə baxmaq olar

Bu eynəklə hotel nömrələrinə baxmaq olar
07:52 13 Aprel 2017
Ölkə mətbuatı
A- A+

"Expedia" hotellərində otaqların bronlaşdırılması saytı istifadəçilərə hotellərə virtual reallıq kaskası ilə baxmağa imkan verəcək. Resurs nümayəndələrinin fikrincə, texnologiya artıq kifayət qədər yayılıb və tezliklə əksər istifadəçilər virtual reallıq eynəyinə malik olacaq. Şirkət "trivago", "Expedia.com", "Hotwire.com", "Hotels.com" və s. kimi brendləri təmsil edir.

Milli.Az ICTnews-a  istinadən bildirir ki, bəzən hoteldəki nömrənin fotoşəkillərlə necə görünməsini təsəvvür etmək qeyri-mümkün olur, bir sıra hotellər otağın ölçüsü barədə təsəvvür yaratmağa imkan verməyən fotoşəkillər tərtib edir. Məhz bu səbəbdən "Expedia" istifadəçilərə ödəniş etməzdən əvvəl nömrə ilə tanış olmaq imkanı yaradıb.

Şirkət, həmçinin bron prosesini sadələşdirmək üçün "Amazon Echo" kimi səsli köməkçi funksiyalardan istifadə etmək niyyətindədir. Hotel nümayəndələri funksiyalar vasitəsilə, məsələn, gələcək qonaqlarla danışa biləcəklər. Ötən il "Expedia" texnologiyaların inkişafına 1 milyard dollar investisiya yatırıb. 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/534134.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR