“Meizu Pro 7” smartfonu təqdim ediləcək

“Meizu Pro 7” smartfonu təqdim ediləcək
08:05 13 Aprel 2017
Ölkə mətbuatı
A- A+

Bu ayın sonunda yeni "Meizu Pro 7" flaqman smartfonunun təqdimatı gözlənilir.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, bu barədə "Meizu" şirkətinin vitse-prezidenti Li Nen bildirib. O deyib ki, bu ay "Meizu" özünün maraqlı dizayna malik yeni smartfonunu tədqim etməyə hazırlaşır. Söhbət "Meizu M5X" modelindən getmir.
 
Xatırlatmaq yerinə düşər ki, ötən ilin aprel ayında "Meizu Pro 6" modeli təqdim olunub. Bundan başqa, bu ay digər texnoloji nəhəng - "Xiaomi" şirkəti "Meizu"nun layiqli rəqibini nümayiş etdirəcək.
 
Şayiələrə görə, "Meizu Pro 7" 4K formatlı, 5,7 düym diaqonallı displeyə malikdir. Bundan başqa, smartfon "Sony IMX362" görüntü "datçik"inə malik 12 meqapiksel kameraya malik olacaq.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/mobilt/534142.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR